22 aprel 2015 14:15
Məhəmməd Mirzəbəyov: Finala Qarabağla Neftçi çıxdısa, deməli, onlar buna layiq idilər
"İnter"in müdafiəçisi Məhəmməd Mirzəbəyov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesabıyla qalib gəldikləri (ilk oyun 0:2) görüşdən sonra bunları söyləyib:
"Əgər finala "Qarabağ"la "Neftçi" çıxdısa, deməli, onlar buna layiq idilər. Amma finala çıxmağın asan olmadığını deməliyəm. Biz ilk oyunda səhvə yol verdik. Ona görə də cavab görüşündə finala vəsiqə qazanmağın öhdəsindən gələ bilmədik".
