22 aprel 2015 12:45

Robert Prosineçki: Eddi və Mahir milliyə dəvət olunmayacaq

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin azerisport.az saytına müsahibəsi

- Baxdığınız oyunlarla bağlı nə deyə bilərsiniz?
- "Neftçi" "İnter"lə oyunda hesabı açdıqdan sonra artıq cütün taleyinə böyük ölçüdə aydınlıq gəlmişdi. "Neftçi" müdafiədən oynayırdı. Düzdür, "İnter" iki qol vuraraq, şans yaratdı. Hesab edirəm ki, matçın nəticəsi qanunauyğun oldu.

- Bu görüşdə xoşunuza gələn futbolçular oldu?
- Yığma üzvləri bu görüşdə özlərini pis tərəfdən göstərmədilər. Arif Daşdəmirovla Məhəmməd Mirzəbəyovu qeyd edərdim. Amma xüsusi nəsə gördüyümü deməzdim. Artıq bir neçə aydır buradayam və oyunları mütəmadi olaraq izləyirəm. Bu üzdən də son dövrlər yeni nələrsə görmürəm.

- "Qarabağ" - "Neftçi" finalı necədir?
- Ağdamlılar yaxşı mövsüm keçirirlər. Final isə bir oyundan ibarətdir və həmin oyunda hər şey baş verə bilər. Şanslar bərabərdir.

- AFFA "Zenit"in gənc hücumçusu Ramil Şeydayevə növbəti dəfə dəvət göndərib. Siz onu tanıyırsınız?
- Haqqında eşitmişəm. Az da olsa, məlumatım var. "Zenit"in əvəzedici komandasında oynayır?

- O, daim əsas komandanın iştirak ərizəsinə daxil edilir və hərdən, ikinci hissədə meydana çıxır...
- Əgər futbolçu öz klubunda mütəmadi oynamırsa, onun barəsində ətraflı məlumatım ola bilməz.

- Onun cəmi 19 yaşı var. Amma indidən "Zenit"in əsas heyətə düşməsini uğur saymaq olar...
- Ona görə sevinirəm. Siz özünüz onun oyununu görmüsünüz? Şəxsən mən görməmişəm. Amma bizə gənc və istedadlı oyunçular lazımdır. Əgər o, AFFA-nın təklifini qəbul etsə, biz də onu daha yaxından izləyərik. Baxmayaraq ki, artıq indidən onun haqqında ancaq müsbət fikirlər eşidirəm. Ümid edirəm ki, o, gözləntilərimizi doğruldacaq.

- Türkiyənin "Karşıyaka" klubunda çıxış edən Mahir Şükürov müqaviləsinə xitam verərək Bakıya qayıtdı və mövsümün sonunadək oynamayacaq. İspaniyanın "Qranada" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov da ciddi zədə alıb və uzun müddət oynamayacaq...
- Onlar Norveçlə oyun üçün açıqlanacaq heyətə daxil edilməyəcəklər. Eddi zədəli olduğuna görə fiziki cəhətdən tam hazır olmayacaq. Mahir isə klubsuzdur. Mən klubu olmayan futbolçunu yığmaya dəvət edə bilmərəm. Alternativləri axtarmalı olacağıq.

- Avstriya toplanışı barədə nə deyə bilərsiniz?
- Avstriyaya iyunun 1-də yollanacağıq. Orada ayın 8-dək qalacağıq. "Qarabağ"la "Neftçi"nin futbolçuları ayın 3-də keçiriləcək final oyunundan sonra toplanışa qatılacaqlar. İyunun 7-də isə Serbiya yığması ilə yoxlama keçirəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.