22 aprel 2015 11:45
Azərbaycan Kubokunun final matçının keçirilmə yeri müəyyənləşdi
Azərbaycan Kubokunun final görüşünün keçirilmə yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, kubok uğrunda həlledici oyun iyunun 3-də Qəbələ şəhər stadionunda reallaşacaq.
Qeyd edək ki, dünən keçirilən yarımfinalın cavab oyunlarından sonra “Neftçi” və “Qarabağ” finala vəsiqə qazanıblar.
