22 aprel 2015 11:15

Tahir Gözəl: Qarabağ - Neftçi finalını səbirsizliklə gözləyirəm

"Qarabağ" Azərbaycan kubokunun yarımfinalında "Simurq"u ümumi hesabda 1:0 hesabı ilə məğlub edərək ölkə kubokunun finalına yüksəldi. Azerisport.az xəbər verir ki, 6 ildən sonra yenidən ölkə kubokunun həlledici matçına çıxacaq Ağdam klubu "Neftçi"ylə üz-üzə gələcək.

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözel komandasının finala yüksəlməsini sevinclə qarşılayıb: "Bu, mənim "Qarabağ"la 3-cü finalım olacaq. 2006 və 2009-un Azərbaycan kubokunu qazanma sevincini yaşamışıq. 6 il sonra yenidən finalda oynamaq olduqca xoş duyğudur. Üstəlik, rəqibimizin "Neftçi" olması da final qarşılaşmasına əlavə rəng qatacaq. Finalda "Neftçi"ylə qarşılaşmaq mənə 2 qat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdur. Hər zaman "Neftçi"ylə oyunlar mənim üçün xüsusi olub. Bunu daim açıqlamalarımda bildirmişəm. Daha öncə də qeyd etdiyim kimi, "Qarabağ" - "Neftçi" oyunu aslanlar qarşılaşması kimidir. Final görüşünün Qəbələ və ya baş bir şəhərdə keçirilməsi də olduqca xoş bir xəbərdir. İstənilən halda belə bir derbinin, gözəl qarşılaşmanın bölgədə keçirilməsi ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildir. Futbol ictimayyətini, azarkeşləri olduqca maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı  gözləyirəm.  Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə, azarkeşlərimizi oyuna dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.