21 aprel 2015 18:30
Makedoniya millisinin qapıçısı Azərbaycan klubunda oynaya bilər
Makedoniya yığma komandasının qapıçısı Martin Boqatirov karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla Topaz Premyer Liqasında çıxış edən bəzi klubların maraqlandığı bildirilir.
Amma həmin klubların adları konkret açıqlanmır.
Qeyd edək ki, Boqatirov əvvəllər "Sileks", "Vardar", "Teteks", "Rabotniçki" və başqa klublarda çıxış edib.
