21 aprel 2015 17:00

Fizuli Məmmədov: Rəvan Çempionlar Liqasında oynamağa hazırdır

Bu mövsüm 19 yaşlı futbolçuların ölkə çempionatında çempionluq qazanan “Rəvan” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Komandanın çempion olmasında baş məşqçi Füzuli Məmmədovun əməyi az olmadı. Millimizin sabiq oyunçusu azerisport.az saytına müsahibə verib.

- “Rəvan”ı çempion etdiniz. Bu yerə necə gəldiniz, iddialı klublarla mübarizədə necə çempion oldunuz?
- Əlbəttə də ki, çox çətin yol keçdik. Ancaq indi o günləri xoşluqla xatırlayacağıq. Necə oldu? Çalışdığım uşaqlarda pixologiyanı dəyişdim. Uşaqlarda özünəinamı artırdım. Anlatdım ki, hər məşqi ciddi etmək lazımdır. Məşqçinin dediklərinə 100 əməl etmək lazımdır. Uşaqlar da çalışdılar, istədiklərimə əməl etdilər. Düzdür, uşaqlara çox çətin oldu. Onlar anladı ki, məşqi buraxmaq olmaz, hər məşqi maksimum etmək lazımdır. Ancaq bacardılar. Uşaqlar da mənə inandı və yolumuzu bir tutduq, daha önəmlisi möhkəm kollektiv yaratdıq.

- Mövsümdə dönüş nöqtəsi hansı oyun oldu?
- Çox çətin oyunlarımız oldu. “Qəbələ” və “Simurq”la səfərdəki oyunlarımız dönüş nöqtələri oldu. Həmin görüşdə qalib gəldik.

- “Rəvan” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. UEFA da bunu təsdiqləyib. Yəqin bundan xəbərdarsınız?
- Bəli, xəbəri etşidim. Çox sevindim. Çünki çox əziyyət çəkmişdim. Bunu ancaq Allah bilir. Çalışacağıq ki, ÇL-də Azərbaycanı layiqincə təmsil edək və bunun üçün bütün bacarığımızı ortaya qoyaq.

- “Rəvan” Çempionlar Liqasında oynamağa hazırdır?
- Əlbəttə. Biz bu oyunlarda tam gücümüzü göstərəcəyik.

- Məqsəd nədir?
- Bacardığımız qədər, yüksək pilllərdə olmaq. İnşallah, daha da güclənəcəyik.

- Çempionlar Liqasında oynamaq “Rəvan” üçün böyük uğur sayılmalıdır...
- Çox böyük uğurdur. Çünki “Rəvan” tarixində ilk çempionluqdur. Həm də ilk dəfə beynəlxalq arenada çıxış edəcəyik. İnşallah, “Rəvan”ın da adı daha da ucalar.

- Ancaq ÇL-də tək olmayacaqsınız. Çox güman ki, “Qarabağ”ın da U-19 komandası bu turnirdə oynayacaq...
- İnşallah “Qarabağ” qrup mərhələsinə düşər və Azərbaycanı gənclər liqasında iki komanda təmsil edər. “Qarabağ”a da uğurlar arzu edirəm.

- ÇL öncəsi xarici ölkədə təlim-məşq toplanışı keçməyi planlaşdırırsınız?
- İnşallah, toplanış keçəcəyik. Nuru bəylə görüşümüzdən sonra bu məsələlər öz həllini tapacaq. Çünki son oyundan sonra şəxsən Nuru bəy zəng edib bütün kollektivi təbrik etmişdi. Hər zaman bizimlə olub və sona qədər də bizimlə olacağını bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.