21 aprel 2015 15:30
Georgi Nikolov: İnterdə maaşların gecikməsi faktının olduğunu danmıram
"İnter"in prezidenti Georgi Nikolov komanda üzvlərinin maaşlarının gecikməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizdə maaşların gecikməsi faktının olduğunu inkar etmirik. Amma hazırda bu məsələnin həlli yönündə klubun sahibi ilə çalışırıq. Bütün borclar ödəniləcək. Yeməkxananın bağlanması barədə xəbərlərə gəlincə, onlar düzgün deyil. Futbolçular üçün yeməkxana fəaliyyətini davam etdirir. Gəlib, orada yemək yeyə bilərsiniz". (gülür)
