21 aprel 2015 14:30

Əfran İsmayılov: İnterin ilk dəqiqələrdən hücuma atılacağını düşünmürəm

"İnter"in yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" ilə kubokun cavab yarımfinal oyunundan nə gözləyirsiniz?
- Hesab edirəm ki, bizə çox çətin olacaq. "Neftçi" ilk oyunda böyük üstünlük qazandı. Bu üzdən də cavab görüşündə bizə ancaq hücum etmək lazımdır.

- Düşünmürsünüz ki, "Qəbələ"yə son məğlubiyyət rəqibinizə mənfi təsir etsin?
- Xeyr. "Neftçi" hazırda çempionatdan daha çox, kubokda uğur qazanmaq haqda düşünür.

- "İnter" ilk dəqiqələrdən hücuma atılacaq, ya rəqibin səhvini gözləyəcək?
- Hakimin start fiti səslənən kimi hücuma atılacağımızı düşünmürəm. Belə olan halda yana bilərik. Çünki "Neftçi"nin yaxşı sürətli futbolçuları var. Ağıllı və səbrli oynamalıyıq.

- "Neftçi"nin çempionatı düşünmədiyini dediniz. Məgər "İnter" "Qarabağ"ın çempionluğu ilə barışmayıb?
- Düzdür, "Qarabağ"dan geri qalırıq, aradakı xal fərqi böyükdür. Amma biz hələ də hər iki cəbhədə mübarizəmizi davam etdiririk.

- Mövsümün sonunda "İnter"də qalacaqsınız?
- İndi mən heç nə deyə bilmərəm. Çünki çempionat davam edir. Qarşıda çətin oyunlarımız var. Bütün fikrimiz bu oyunlara yönəlib. Yayda müqaviləmin müddəti başa çatacaq. Amma mən qərar verməyə tələsmək istəmirəm.

- Deyilənə görə, klubda maliyyə vəziyyətinə görə atmosfer elə də yaxşı deyil...
- Bu barədə bizə heç nə deyilməyib. Hər şey qaydasındadır, heç bir problem yoxdur. Bizə deyilib ki, yaxın günlərdə maaşlarımız da ödəniləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.