21 aprel 2015 13:00
Ağayev 3, Cavadov 1
Türkiyənin "Canli Haber" nəşri PTT 1-ci liqanın son turunda keçirilmiş "Kayserispor" - "Boluspor" matçına görə futbolçuların çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, 3:0 hesabıyla qalib gələn meydan sahiblərinin azərbaycanlı qapıçısı Kamran Ağayev 3 ulduza layiq görülüb. Qonaqların heyətində yer alan və cəmi 8 dəqiqə mübarizə aparan Vaqif Cavadov isə 1 ulduzla qiymətləndirilib.
