21 aprel 2015 12:45
Fizuli Məmmədov: İstərdim ki, ÇL-in qrup mərhələsində iki klubumuz çıxış etsin
"Rəvan"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Fizuli Məmmədov UEFA Çempionlar Liqasına vəsiqə qazanmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Növbəti mövsüm Azərbaycan bu turnirdə daha bir komanda ilə təmsil olunacaq. Böyük ehtimalla bu, "Qarabağ" olacaq. Çünki bu klubun əsas komandası növbəti dəfə ölkə çempionu olmağa çox yaxındır. Belə olan halda onlar da gənclərdən ibarət komandanı ÇL-ə göndərmək hüququ qazanacaq. Çox istərdim ki, ÇL-in qrup mərhələsində iki Azərbaycan klubu çıxış etsin".
