20 aprel 2015 15:00

Arif Əsədov: Vəli Qasımovla aramızda fikir ayrılığı axtarmaq mənasızdır

"Neftçi"nin baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" "İnter"lə ölkə kubokunun cavab yarımfinal oyununa da itkilərlə çıxacaq?
- Bəli, Məqsəd İsayev, Rauf Əliyev və Flavinyo hələ də müalicə alır. Elvin Yunuszadə də sarı vərəqə limitini keçdiyinə görə bu görüşdə forma geyməyəcək.

- Bəs bu qarşılaşmadan nə gözləyirsiniz?
- İlk oyunda iki cavabsız qol vurmağa nail olduq. Bu, yaxşı nəticədir. Amma bizim sakitləşməyimizə əsas vermir. Sabah bizi daha çətin oyun gözləyir. Ona görə də bu oyunda uğur qazanmaq barədə düşünürük.

- Komandanız erkən qol vurmağa çalışacaq?
- Təbii ki, erkən qol vursaq, bu, bizim işimizi asanlaşdıracaq. Hesabı qorumağa çalışmamalıyıq. Bu, bizim planlarımıza daxil deyil. Qol vurmağa çalışacağıq.

- "Neftçi" finala çıxsa, həlledici oyunda hansı komanda ilə qarşılaşmaq istərdiniz?
- Fərqi yodur. Bizim üçün hazırda daha vacib olan məsələ həlledici oyuna vəsiqə qazanmaqdır. Amma şübhəsiz ki, azarkeşlərə finalda "Neftçi" - "Qarabağ" oyununu izləmək daha maraqlıdır. İstənilən halda biz rəqiblərə fərq qoymuruq və seçim aparmaq fikrimiz yoxdur. Əminəm ki, finaldakı rəqibimiz "Simurq" da olsa, bizim üçün asan olmayacaq.

- Sonuncu mətbuat konfransınızda yeni təyin olunan idman direktoru Vəli Qasımovla görüşmədiyinizi demişdiniz...
- (gülür) Artıq iki dəfə görüşmüşük. Bəzi jurnalistlər Qasımovun bu təyinatını fərqli şərh etməyə çalışır. Mən Qasımovla "Neftçi"də birgə çaışmışam. O vaxt mən əvəzedici komandanın baş məşqçisi idim, Qasımov isə idman direktoru idi. Onunla birgə Ukraynada məşqçi kursunda da iştirak etmişəm.

- Yəni jurnalistlərə sizin aranızda fikir ayrılığı tapmaq nəsib olmayacaq?
- (gülür) Axtarmağa ehtiyac da yoxdur. Bizim gözəl münasibətimiz var. Onunla çalışmaq mənə çox rahat olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.