20 aprel 2015 11:45

Matiya Şpiçiç: İnterdə kimin qalacağına yeni baş məşqçi qərar verəcək

"İnter"in yarımmüdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi

- Komandanızın kubokdakı şanslarını necə qiymətləndirə bilərsiniz?
- "Neftçi" ilə ilk oyunun nəticəsi bizi sevindirə bilməz. Bu üzdən də sabah baş tutacaq cavab oyununda işimiz çox çətin olacaq. Amma biz əminik ki, bu cütdə intriqanı yenidən bərpa edə bilərik və şansımız hələ qalır. Buraxılan iki qolun əvəzini çıxa bilərik.

- Komandanız həm "Neftçi"yə uduzduğu həmin oyunda, həm də "Bakı" üzərində qələbə qazandığı çempionat görüşündə zəif təsir bağışladı. Problem nədədir?
- Nəsə demək çətindir. Ola bilər ki, baş sponsorla bağlı vəziyyət təsir edir. Psixoloji cəhətdən bu, təsir etməyə bilməz. Amma belə komandada atmosfer normaldır. Deməzdim ki, klubumuzda təşviş var. Hər kəs öz işi ilə məşğuldur. Pis oyunlar olur, amma nəticə daha vacibdir. Bu da bizdəvar. "İnter" hazırda çempionatda ikinci yerdədir, kubokun yarımfinalındadır.

- Maaşlarınızın gecikməsi barədə yayılan xəbərlər doğrudur?
- Sponsor dəyişikliyi komandaya təsir etməyə bilməzdi. Bu mənada bəzi problemlərimiz var. Tezliklə bizə vəd olunan məvacibi alacağıq. Burada ciddi heç nə yoxdur. Klubdan bizə deyiblər ki, maliyyə problemləri öz həllini tapacaq.

- Niyə əsas heyətdə daha çox görünmürsünüz?
- Normal məşq edirəm, amma niyə oynamadığımı bilmirəm. Ola bilsin ki, bu, legionerlərə qoyulan limitdən irəli gəlir. Belə məsələləri baş məşqçi həll edir. O, son oyunda mənə şans verdi və fikrimcə, yaxşı yararlandım. Yenə də şans gözləyirəm.

- Mövsümün sonunda karyeranızla bağlı hansı planınız var?
- "İnter"in 90 faiz futbolçusu ilə müqaviləsinin müddəti bitir. Bizə deyiblər ki, hər şeyə yeni baş məşqçi qərar verəcək. O, kimləri istəsə, onlarla da müqavilə yenilənəcək.

- Siz "İnter"də qalmaq istəyirsiniz?
- Hələ hər şeyin mənim üçün necə nəticələnəcəyini bilmirəm. Agentim deyib ki, karyeramı davam etdirmək üçün başqa variantlar da var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.