19 aprel 2015 12:00

Yaşar Vahabzadə: Millidə hücumçu problemi var

Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçisi Yaşar Vahabzadənin azerisport.az saytına müsahibəsi

- Sizin gəlişinizdən sonra U-21-də nə dəyişib?
- Mən hələ Bernard Lippertin dövründən yığmadayam. Biz sadəcə, işimizi davam etdiririk. Komandada atmosfer yaxşıdır. Toplanış keçir, seçmə mərhələyə hazırlaşırıq. Farer adalarına qarşı oyunu gözləyirik.

- Siz komandada yeniliklər olacağını demişdiniz...
- "Dnepr"dən Dmitri Nağıyevi komandaya cəlb etmişik.

- Ondan razı qaldınız?
- Hələlik, onunla bağlı yekun qərara gəlməmişik. Düşünürük.

- Hazırda hansı futbolçuları diqqət mərkəzində saxlayırsınız?
- Ad çəkmək istəmirəm. Bizim əsas hədəfimiz yaxşı hücumçu tapmaqdır. Hücumçu problemimiz var. Bu problem elə klublarımızda da var.

- Siz klubsuz olan Bayram Budaqova dəvət göndərdiyinizə görə tənqid olunursunuz. Bunun səbəbini bilmək olar?
- Ehtiyacımız olduğuna görə dəvət edirik. Dediyim kimi, bizdə hücumçu problemi var.

- Almaniyada çıxış edən türklərə nə əcəb dəvət göndərmirsiniz?
- Əlbəttə, onları dəvət etmək olar. Yaxın günlərdə onların disklərinə baxacağam.

- Əsas yığmada çıxış etməyə layiq futbolçular var?
- Bunun üçün daha çox işləməyə ehtiyac var. Robert Prosineçki ilə də danışmışam. O, bəzi oyunçuları diqqət mərkəzində saxlayır.

- U-19-dan dəvət etmək istədiyiniz oyunçular var?
- Əlbəttə. Elnur Cəfərovu dəvət etmişik. O, Antalyada da bizimlə birgə idi.

- U-19-da sizə kömək edə biləcək hücumçu var?
- Bəli, var, Vadim Ağarəhimov. "Zenit"də oynayır.

- Daha kimi komandada görmək istərdiniz?
- Öz klublarımızda çıxış edən oyunçulardan da dəvət göndərmək istədiklərimiz var. Məsələn, AZAL-dan Seymur Əsədovu qeyd edə bilərəm. O, "Qarabağ"la oyunda çox gözəl qol vurdu.

- Millidən Farer adaları, Avstriya, Almaniya, Finlandiya və Rusiya ilə oyunlardan nə gözləyək?
- Öncədən heç nə demək istəmirəm. Biz döyüşkən komanda yaratmaq istəyirik. Çünki çox çətin rəqiblərimiz var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.