18 aprel 2015 14:30
Emil Balayevsiz Ayntraxtdan 1 xal
Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt klubu doğma meydanda Münhenqladbax "Borussiya"sı ilə qarşılaşıb. Oyunda qol vurulmayıb. Ötən gün ad gününü qeyd edən futbolçumuz iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, 36 xalla 8-ci pillədə qərarlaşıb.
