18 aprel 2015 13:00
Fariz Nəcəfov: Qəbələ qalan oyunlarda da qələbə qazanmağa çalışacaq
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Neftçi" üzərində qazanılan qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasıda o, bunları söyləyib:
"Layiqli qələbə qazandığımızı düşünürəm. Avropa Liqasına vəsiqə qazanmaq şansımız artdı. Mövsümün sonunda hətta üçüncü pilləyə də yüksələ bilərik. Amma hələ hər şey özümüzdən asılı deyil. Çünki "Neftçi"nin də xal itirməsi lazımdır. Qalan oyunların da hamısında qələbə qazanmağa çalışacağıq".
