17 aprel 2015 13:30

Viktor Mendi: Mükafatçılar sırasında yer almaq istəyirik

"Qəbələ"nin hücumçusu Viktor Mendinin azerisport.az saytına müsahibəsi

- "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Hər iki komanda yaxşı formadadır. Öz qol vəziyyətlərindən daha yaxşı yararlanacaq komanda qalib gələcək.

- Bu komanda ilə son oyununuzda 1:3 hesabıyla məğlub olmuşdunuz...
- Bəli, həmin oyun bizim üçün çox uğursuz alındı. Xüsusilə də ikinci hissəsi. Amma həmin oyun artıq geridə qalıb. Əminəm ki, "Neftçi" də "Qəbələ"nin həmin komanda olmadığını gözəl bilir. İndi biz istənilən rəqibə qalib gəlməyə hazırıq. Bunu son oyunlarımız da sübut edir.

- "Qəbələ" üçün "Neftçi" ilə oyun üçüncü yeri tutmaq baxımından çox əhəmiyyətlidir...
- Bu yolda təkcə "Neftçi" ilə qarşılaşma yox, qalan bütün oyunlarımız əhəmiyyət daşıyır. Düzdür, dördüncü yer də bizim Avropa Liqasında çıxış etməyimizə şərait yarada bilər. Amma bu, o demək deyil ki, biz mükafatçılar sırasında yer almaq istəmirik. Bunun üçün sonadək mübarizə aparacağıq.

- Ardıcıl altı qələbənin davamı gələcək?
- Buna ümid edirəm. Qələbə seriyamız nə qədər uzun olsa, turnir cədvəlinin üst pillələrində qərarlaşmaq şansımız da çox olacaq.

- Roman Qriqorçukun Dorinel Muntyanudan daha uğurlu məşqçi olduğunu demək olar?
- Bu suala cavab vermək çətindir. Amma mənə elə gəlir ki, biz Muntyanunun taktikasına uyğunlaşa bilmədik. Bunun üçün sadəcə, vaxtımız olmadı. Yeni baş məşqçinin taktikası isə çox asandır. Həm də uğur gətirir.

- "Qəbələ" ilə müqavilənizin vaxtı nə zaman bitir?
- Bu mövsümün sonunda. Amma bu barədə indidən düşünmək istəmirəm. İndi məni komandamın uğurlu çıxış etməsi daha çox maraqlandırır.

- Bəs siz özünüz Azərbaycan karyeranızın davam etməsində maraqlısınız?
- Hələ sizə bu barədə heç nə deyə bilmərəm. Mövsümün sonunda klub rəhbərliyi ilə bu barədə söhbətimiz olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.