16 aprel 2015 17:30

Vüqar Nadirov: Beş minlik stadion daha tez dolacaq və bizə orada oynamaq xoş olacaq

"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ" qarşıdakı bir həftə ərzində "Simurq"la iki oyun keçirəcək. Kubok və çempionat çərçivəsində baş tutacaq bu görüşlərdən nə gözləyirsiniz?
- Bu oyunlar ardıcıl baş tutacağından, Bakıya qayıtmağa ehtiyac yox idi. Ona görə də elə Zaqatalada qalmağa qərar verdik. Hər iki oyun komandamız üçün vacibdir. Ciddi hazırlaşırıq. Qələbə qazanmağımız lazımdır.

- 10 gün ərzində bir komandaya qarşı üç oyun keçirmək bezdirici deyil?
- Buna alışmamışıq. Amma klublarımızın sayı az olduğundan, belə hallar qaçılmaz olur.

- Sizdən fərqli, "Neftçi" "İnter"lə kubok oyununda daha inamlı qələbə qazanıb və güman ki, finala çıxsanız, bu komandaya qarşı oynamalı olacaqsınız...
- "Neftçi"nin artıq özünü finalçı hesab etdiyini düşünmürəm. Cavab oyununda istənilən nəticə qeydə alına bilər. Biz də ilk oyunda kiçik üstünlük əldə etmişik və bu, bizi qətiyyən arxayınlaşdıra bilməz. Həm də "Simurq"la cavab oyunundan öncə hələ Premyer Liqa çərçivəsində də görüşümüz var. Öncə 3 xalı qazanmaq barədə düşünməliyik.

- İki qələbə də qazansanız, "Qarabağ" çempion olacaq...
- Bu barədə düşünmək istəmirik. Qarşıda ciddi səfər oyunumuz var. Bizə hələ bu görüşdə uğur qazanmaq haqda düşünmək lazımdır.

- Dünyanın bir sıra stadionlarında, bazasında olmusunuz. Sizin üçün yeni tikilən baza və stadionu onlarla müqayisə edə bilərsiniz?
- Bizim üçün 5 ulduzlu şərait yaradılır. Tam hazır olmasa da, orada olmuşuq. Amma indidən necə gözəl olacağını görmək olur.

- Böyük ehtimalla "Qarabağ" növbəti mövsümdən ev oyunlarını məhz orada keçirəcək...
- Bu, bizim üçün çox rahat olacaq. Stadiondan stadiona qaçmağa ehtiyac qalmayacaq. Hər şey əlimizin altında olacaq. Azarkeş tutumu azdır. Amma Tofiq Bəhramov adına Respublika stadionundakı kimi yarıboş tribunalar önündə oynamaqdansa, dolu arenada çıxış etmək daha yaxşıdır. 5 minlik stadion daha tez dolacaq və bizim üçün orada oynamaq çox xoş olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.