16 aprel 2015 16:15
Qriqorçuk: Qəbələ Neftçiyə qarşı yaxşı oynayıb, müsbət nəticə qazanmağa köklənib
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.z saytına açıqlamasında o, bunları söyləyib:
"Əlavə istirahət hüququ qazanmağımızın nə dərəcədə böyük üstünlük olduğunu bilmirəm. Qrafik onsuz da sıxdır. Biz adi qaydada hazırlaşmışıq. "Neftçi" ilə oyuna mümkün qədər yaxşı hazırlaşmağa çalışmışıq. Başa düşürük ki, bizi çətin rəqiblə ağır oyun gözləyir. Amma yaxşı oynayıb, müsbət nəticə qazanmağa köklənmişik. Ekiqo Ehiosun bu oyunu sarı vərəqə limitini doldurduğuna görə, Dodo isə zədə səbəbindən buraxmalı olacaq".
