16 aprel 2015 14:15

Ramin Musayev finalın Qəbələdə keçirilməsi perspektivindən danışdı

Azərbaycan kubokunda cari mövsümün final oyunu Qəbələdə keçirilə bilər. Azerisport.az xəbər verir ki, məkan hələ müəyyənləşməsə də, Peşəkar Futbol Liqası (PFL) bu şəhəri variantlardan biri kimi nəzərdən keçirir. PFL prezidenti Ramin Musayev açıqlamasında final görüşünün Qəbələ şəhər stadionunda baş tutması ehtimalını istisna etməyib.

Əslində, PFL cari mövsümdə Superkubokun finalının Qəbələdə təşkilini planlaşdırsa da, mümkün olmayıb. Ancaq "Qəbələ"nin kubokda mübarizəni dayandırması həlledici görüşün Qəbələdə keçirilməsinə imkan verir. Yarımfinal mərhələsinin başa çatmasını gözləməyi məsləhət görən Musayev finalın Qəbələdə keçirilməsi perspektivinə yaxşı baxır:

“Finala hansı komandaların çıxacağını bilmək vacibdir. Çünki final matçının məkanı iştirakçılardan asılı olaraq seçiləcək. Sözsüz ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq. Matçın Qəbələdə keçirilməsi mümkündür. Finalçılar bəlli olduqdan sonra qərar veriləcək. Sözsüz ki, finalın Qəbələdə keçirilməsi çox yaxşı olardı. Çünki həmin bölgədə futbol da var, qızğın azarkeşlər də”.

Təqvimə əsasən, final matçı iyunun 3-də olmalıdır. Ancaq məlumdur ki, iyunun 12-də Bakıda I Avropa Oyunları start götürəcək. PFL rəsmisi tarixin bir qədər irəli çəkilməsinin nə dərəcədə mümkün olduğunu da açıqlayıb: “Əgər həmin gün dövlət əhəmiyyətli tədbir olarsa, tarixin irəli çəkilməsi mümkündür. Final matçının iyunun 3-də keçirilməsi millimizin sabiq baş məşqçisi Berti Foqtsun təklifinə görə olmuşdu. Çünki çempionatımızın təqvimi millimizin hazırlıq planı və oyun günləri nəzərə alınmaqla tutulmuşdu”.

Xatırladaq ki, Azərbaycan kubokunun bundan əvvəlki final oyunları, əsasən, mayın 28-də Respublika günündə, “Tofiq Bəhramov”da keçirilsə də, ötənilki finalçılar - “Qəbələ” ilə “Neftçi” həmin arenada mayın 22-də üz-üzə gəlmişdilər. 23-cü dəfə keçiriləcək həlledici matç Qəbələdə baş tutarsa, bu, əyalətdə keçirilən ilk final kimi futbol tarixə düşəcək. (Qəbələ İK qəzeti)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.