16 aprel 2015 14:30
Nazim Süleymanov: Matçı məşqçilik karyeramdakı uğurlarla başa vurmaq istəyirəm
Azərbaycan futbolunun veteranı Nazim Süleymanov 50 illik yubileyinə həsr olunmuş "Bitməyən matç" kitabının təqdimatı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Kitabın təqdimat mərasiminə gələn hər bir kəsə öz təşəkkürümü bildirirəm. Şadam ki, Çingiz Abdullayev də gələnlər arasındadır. Belə bir günü dostlarla paylaşmaq çox xoşdur. Kitab əbəs yerə "Bitməyən matç" adlandırılmayıb. Mən bu matçı məşqçilik karyeramdakı uğurlarla başa vurmaq istəyirəm".
