16 aprel 2015 13:45
Səməd Qurbanov: Fəxr edirəm ki, belə bir kitab nəşr olundu
Veteran futbolçu Səməd Qurbanov Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş "Bitməyən matç" adlı kitabın təqdimat mərasimində iştirak edib və fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Nazim "Neftçi"yə lap gənc vaxtlarında gəlmişdi. Mənimlə bir otaqda qalırdı. Onda yaxşı futbolçu olmaq üçün hər cür keyfiyyətlər var idi. Fəxr edirəm ki, onun barəsində belə bir kitab nəşr olundu".
