16 aprel 2015 13:15
İsgəndər Cavadov: Nazim Süleymanovun məşqçi kimi də uğurlarını görmək istərdim
Veteran futbolçu İsgəndər Cavadov Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş "Bitməyən matç" adlı kitabın təqdimat mərasimində iştirak edib və fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Nazimi təbrik edirəm. O, "Neftçi"yə gələndə bir oyunçu kimi formalaşmasında az köməyim dəyməyib. Ondan əla futbolçu çıxdı. Bundan sonra isə onu uğurlu bir məşqçi kimi görmək istərdim".
