16 aprel 2015 11:15

Benjamin Lambot: Bizim finala çıxmaq üçün gözəl şansımız var

"Simurq"un yarımmüdafiəçisi Benjamin Lambotun azerisport.az saytına müsahibəsi

- "Simurq"u qarşıda "Qarabağ"la daha iki oyun gözləyir. Kubokdakı ilk oyun isə sizin məğlubiyyətinizlə başa çatdı. Səbəb nə oldu?
- Bizim sadəcə, bəxtimiz gətirmədi. Biz topa daha çox nəzarət edirdik, daha çox hücum edirdik. Nəticə oyuna görə olmadı. Demirəm ki, biz onlara qalib gəlməli idik. Heç-heçə daha ədalətli nəticə ola bilərdi. Çox təəssüf ki, uduzduq.

- Bu oyunda qol epizodlarını boşa verməklə yadda qaldınız...
- Dediyim kimi, həmin gün fortuna bizim tərəfimizdə deyildi. Stanoyeviç iki dəfə cərimə zərbəsi yerinə yetirdi, hər ikisini qapıçı qaytardı. Çeranın zərbəsindən sonra top qapı dirəyindən döndü. Bütün bu epizodları qola çevirə bilsəydik, oyun tam fərqli nəticələnəcəkdi.

- "Qarabağ"ın süni ot örtüyündə çətinliklə üzləşəcəyini bilirdiniz?
- Bu barədə düşünməmişdim. Düşünmürəm ki, burada meydan amilinin hansısa rolu olsun.

- "Qarabağ"la ardıcıl daha iki oyun var. Onlardan biri kubok, digəri çempionat oyunudur. Hansı daha vacibdir?
- Fərqi yoxdur. Bizim ölkə kubokunun finalına çıxmaq üçün çox yaxşı şansımız var. Amma eyni zamanda çempionatı da unutmamalıyıq. Zaqatalada baş tutacaq hər iki oyunu yüksək səviyyədə keçirməliyik.

- Bir komandaya qarşı ardıcıl üç oyun keçirmək bezdirici olmur?
- Müəyyən mənada əlbəttə, xoşagələn deyil. Təsəvvür edin ki, bu mövsüm "Qəbələ"yə qarşı altı oyun keçirmişik, indi də "Qarabağ"la eyni sayda qarşılaşma keçirməliyik. İki komandaya qarşı 12 oyun!

- "Qarabağ"da da buna sevinmirlər...
- Bir halda ki, sevinmirlər, deməli, ehtiyat edirlər. Biz də onlara hörmətlə yanaşırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.