16 aprel 2015 00:50
Subaşiç Qalatasaraya qarşı oynaya bilmədi
Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Qalatasaray"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1. İlk oyunda 45 dəqiqə mübarizə aparan Subaşiçin adı cavab görüşünün iştirak ərizəsinə belə daxil edilməyib.
Beləcə, ilk oyunda 4:0 hesabıyla qalib gəlmiş Super Liqa təmsilçisi daha üstün (5:1) olduğuna görə, yarımfinala vəsiqə qazanıb.
