16 aprel 2015 00:40
Amit Quluzadə ehtiyatda qaldı, komandası xal itirdi
Portuqaliya ikinci liqasında 39-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Lissabon təmsilçisi doğma meydanda "Uniao da Madeyra" ilə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Amit görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Atletiko" hazırda 36 xalla 22-ci pillədə qərarlaşıb.
