16 aprel 2015 00:30

Ruslan Qurbanov: Belə davam etsə, Haydukda qalmayacağam

Azərbaycan yığmasının və Xorvatiyanın "Hayduk" klubunun hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- "Hayduk"dakı çıxışınız dövründə cəmi iki qol vurmusunuz, onları da yoxlama oyunlarında...
- Əlbəttə, bir tərəfdən bu qolları vurduğuma görə şadam. Amma digər tərəfdən bunlar adi yoxlama oyunları olub, rəsmi qarşılaşma yox. Amma mən çempionat oyunlarında fərqlənmək istərdim.

- Son oyunda ikinci dəfə də fərqlənə bilərdiniz...
- Qapıçı ilə təkbətək çıxsam da, xəsislik etmək istəmədim. Komanda yoldaşım dubl etmişdi və onun het-trik etməsini istədim.

- Baş məşqçi Stanko Poklepoviçin istefası ilə bağlı nə deyə bilərsiniz?
- Bəli, artıq bizi idman direktoru vəzifəsində çalışan Qoran Vuçeviç çalışdırır. Poklepoviç barədə nəsə danışmaq istəməzdim. Amma onun mənə niyə şans vermədiyini anlaya bilmirdim. Halbuki, məşqlərdə yaxşı çalışırdım. Özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. Hətta iştirak etdiyim oyunlardan sonra yerli mətbuat yazmışdı ki, mən əsas heyətdə oynamağa layiqəm. Artıq əminəm ki, burada özümü göstərə bilərəm. Amma heç nəyin dəyişmədiyini görsəm, burada qalmayacağam.

- Başqa təkliflər var?
- Bəli. Amma mən indi onlar barədə düşünmürəm. Bura oynamağa gəlmişəm. Artıq 24 yaşım var və ehtiyat oyunçular skamyasında oturmağı düşünmürəm. "Hayduk"da qalıb-qalmamağı götür-qoy etməyə başlamışam. Bildiyim qədərilə, klub məni saxlamaq istəyir. Mövsüm başa çatandan sonra menecerlə oturub söhbət edəcəyəm.

- Yəni, "Hayduk"da qalmaq istəmirsiniz?
- Qalmaq istəmədiyimi demirəm. Sadəcə, mövsümün sonunadək gözləmək lazımdır. Tələsmək olmaz.

- "Neftçi"yə qayıtmağınızı gözləmək olar?
- Hələ bilmirəm. Avrokuboklarda oynamaq istəyirəm.

- Sizin "Hayduk"da az oynamağınızın əsas səbəbkarı sabiq baş məşqçi idi?
- O, məni əsas heyətdə görmürdü. Hətta özündən də bu barədə soruşmuşdum.

- Nə demişdi?
- Deyirdi ki, guya hələ hazır deyilsən, narahat olma, oynayacaqsan. Amma bu, düz deyildi. Mən sadəcə, uyğunlaşma prosesi keçirdim.

- "Neftçi"dəki dəyişikliklərdən xəbəriniz var?
- Əlbəttə, baş verənləri izləyirəm. Allah eləsin ki, yeni rəhbərliklə uğurların sayı daha çox olsun. Bilirəm ki, Çingiz Abdullayev tanınmış yazıçıdır, Bəhram Bağırzadə KVN-dən tanınır. Sadıq Sadıqovu onsuz da tanıyırdıq, Səməd Qurbanov elə "Neftçi"də oynayıb. Yeni rəhbərliyə nəinki Azərbaycanda, Avropada da böyük uğurlar qazanmağı arzulayıram. Vəli Qasımovla Dmitri Kraramarenkonun təyinatından da xəbərim var.

- Robert Prosineçki sizinlə əlaqə saxlayır?
- O, Malta ilə oyundan sonra mənimlə söhbətləşmişdi. "Hayduk"a keçməyimdə göstərdiyi köməyə görə ona təşəkkürümü bildirirəm. Mənə də onun etimadını doğrultmaq qalır.

- "Hayduk"da ən çox nəyi bəyənirsiniz?
- Klubun bütün əməkdaşları yaxşı insanlardır. Məni çox yaxşı qarşıladılar. Azarkeşlər sadəcə, möhtəşəmdirlər. Hər oyuna ən azı 10 min azarkeş gəlir. "Dinamo" ilə derbi oyununa isə 25 min azarkeş gəlmişdi. Split gözəl şəhərdir, çoxlu turist gəlir. Özümə inanıram. Allah eləsin ki, "Hayduk" mənim üçün gözəl tramplin olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.