16 aprel 2015 00:20
Maqnus Karlsen: Norveç Azərbaycandan güclü idi
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen azerisport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan və Norveç yığmalarının qarşılaşması haqda danışıb. Məşhur şahmatçı Norveçin Azərbaycan millisindən daha yaxşı oynadığını vurğulayıb:
"Ötən il AÇ-2016-nın seçmə mərhələsində baş tutan oyuna baxmışam. Fikrimcə, Norveç daha yaxşı oynadı və layiqli qələbə qazandı. Bizim futbolçular komandamızın daha güclü olduğunu göstərdi. Hər halda həmin oyunda Norveç güclü idi".
