15 aprel 2015 19:15

Mirhüseyn Seyidov: Qəbələnin ardıcıl altı qələbəsi bizi qorxutmur

"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi

- "İnter" üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Öz meydanımızda oynasaq da, asan olmayacağını bilirdik. Hər şeyə rəğmən, qələbə qazana bildik. Amma hələ heç nə bəlli deyil. Cavab oyununda da belə oynasaq, finala çıxa bilərik.

- Matçın əvvəlində rəqib futbolçu Elvin Məmmədov cərimə meydançanızda yerdə qalarkən kənardan penalti olduğu təəssüratı yaranırdı. Bəs siz necə düşünürsünüz?
- Oyun epizodu idi. Mən dəqiq nəsə deyə bilmərəm. Hakim öz qərarını verdi. Hətta orda penalti olsaydı da, qərarı biz qəbul etmirdik.

- Yəqin ki, oxşar epizod rəqib qapısı qarşısında yaransaydı, indi siz fərqli danışardınız...
- Yəqin ki. Hər kəs öz komandası üçün çalışır.

- Komandanız paytaxt derbisində çox istəkli görünürdü. Bu, kluba yeni rəhbərliyin gəlməsi ilə əlaqədar idi?
- Bununla bağlamazdım. Gözəl başa düşürük ki, mövsümün sonuna çox az qalıb. Buna görə də maksimum gücümüzü qoymağa çalışırıq ki, uğur qazanq. Çünki biz hələ Avropa Liqasına da vəsiqəni təmin etməmişik. Bu baxımdan ən yaxın yol ölkə kubokudur. Həm də ən azından bir titul qazanmaq istəyirik.

- Finala çıxsanız, "Qarabağ"la qarşılaşıb, revanş almaq istərdiniz?
- Hələ öncə finala çıxaq, sonra revanş barədə danışarıq. İndidən bu barədə danışmaq üçün tezdir.

- "İnter"lə oyundan sonra Çingiz Abdullayev sizə nə dedi?
- Həmişəki kimi, komandanı təbrik etdi. Daha yaxşı oynamağa başladığımızı qeyd etdi. Oyunumuz xoşuna gəlmişdi. Rəhbərliyə bu diqqətə görə təşəkkürümüzü bildiririk.

- Qarşıda "Qəbələ" ilə oyun var...
- Üçüncü pillədə qərarlaşmağımız baxımından bu oyun bizim üçün çox vacibdir. Qələbə qazanmağımız lazımdır. Buna nail olsaq, rəqibimizdən 3 xal aralanmış olacağıq.

- "Qəbələ"nin son altı oyunda ardıcıl qələbəyə sevinməsi sizi qorxutmur?
- Xeyr, qorxutmur. Öz meydanımızda oynayacağıq. Burada bizim oyunumuz daha yaxşı alınır. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.