15 aprel 2015 17:15

Qara Qarayev: Simurqla səfər oyunu daha çətin olacaq

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi

- "Simurq"la kubokun ilk yarımfinal oyununda qazandığınız qələbəni necə şərh edərdiniz?
- Çətin oyun alındı. "Simurq" bizim üçün çətin rəqiblərdəndir. Amma buna baxmayaraq qələbə qazana bildik. Cavab oyunu öncəsi üstünlük əldə etməyimiz sevindiricidir.

- Siz bu oyunda bir qədər aqressiv təsir bağışlayırdınız...
- Mənə məhz belə tapşırıq verilmişdi. Mümkün qədər aqressiv oynamağa çalışırdım. Şübhəsiz ki, hakimin sarı vərəqəsinə tuş gəlməmək şərti ilə.

- Etiraf etmək lazımdır ki, "Qarabağ"ın bu oyunda bəxti gətirdi...
- Mənim fikrimcə, onların elə də çox qol epizodu olmadı. Sadəcə, bir dəfə Draqan Çeranın zərbəsi dirəkdən döndü. Baxmayaraq ki, rəqibin heyətində heç nədən qol vəziyyəti yaratmağı bacaran futbolçular var. Hamı başa düşürdü ki, kim birinci qol vursaydı, oyunu da o aparacaqdı. Bu da bizə nəsib oldu.

- 1:0 ümumi qələbə üçün yetərli olacaq?
- Zaqatalada baş tutacaq cavab oyunu çox çətin olacaq. Ümumiyyətlə, orada oynamaq hər bir komandaya çətindir.

- "Simurq"un futbolçuları ucaboydurlar. Bu, sizə problem yaratmır?
- Bəli, yaradır. Amma biz mümkün qədər yaxşı mübarizə aparmağa çalışırıq.

- İkinci hissədə Qurban Qurbanov sizi Hacı Əhmədovla əvəzlədi...
- Bu, baş məşqçinin qərarıdır. Mənim üçün problem yoxdur. Kiçik zədəm var idi. Ola bilər ki, Qurbanov məni ona görə əvəzlədi.

- Bəzi aparıcı oyunçuların meydanda olmaması komandaya nə dərəcədə təsir etdi?
- Əlbəttə, bunun təsiri olur. Amma meydana çıxanlar da öz işlərinin öhdəsindən gəldilər. Əgər səfər oyununda hamı oynasa, daha yaxşı çıxış edəcəyik. Belədə, qol vəziyyətlərimizin də sayı çox olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.