15 aprel 2015 16:45
Cem Fələk oynamadı, Aberdin uduzdu
Şotlandiyada klubların U-20 komandaları arasında təşkil olunan ölkə çempionatında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının üzvü Cem Fələyin komandası - "Aberdin" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Hamilton"la qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Cem matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Aberdin" hazırda 67 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
