15 aprel 2015 15:30
Yaşar Seyidov: Azərbaycana Bakı kimi klub lazımdır
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov klub bazası ilə bağlı maraqlı açıqlama verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA bizim bazamızı AÇ-2020-nin məşq meydançalarından biri olaraq göstərib. Bazanı saxlamaq üçün isə 500 000 manata ehtiyac var. Elə təkcə suya il ərzində 240 manat lazım olur. Bundan əlavə akademiyada təhsil alan 300 uşaq var. Bütün bunlar üçün pul lazımdır. "Bakı" artıq dövlət səviyyəsinə yüksəlib. Biz bu ölkəyə lazımıq".
