15 aprel 2015 15:00

Tuyqun Nadirov: Topazın PFL-lə əməkdaşlığı bizə maraqlı deyil

AFFA Klublar Komitəsinin bu gün növbəti iclası keçirilib. İclasdan sonra komitəyə sədrlik edən "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov fikirlərini bölüşüb:

"Çoxlu məsələ müzakirə olundu. AFFA prezidenti Rövnəq Abdullayev oyunların teleyayımı ilə bağlı bizim fikirlərimizi dəstəkləyir".

Legioner haqqı: "Legionerlərə görə ödənilən məbləğlərlə bağlı müzakirələr aparıldı. Əgər legioner futbolçu ölkəsinin yığmasına dəvət olunmursa və Premyer Liqamızda oynayırsa, ilk mövsümündə ona görə 20 000 manat ödənilməlidir. Üç legionerin iştirak ərizəsinə pulsuz daxil edilməsini istəyirik. 21 və 23 yaş arası legionerlərə görə isə ümumiyyətlə ödəniş nəzərdə tutulmamalıdır. Yaşla bağlı bir qədər də dəqiqləşdirmə aparacağıq".

"InStat Football" barədə: "InStat Football" şirkətinin rəsmisi ilə görüşdük. Bundan əvvəl hər klub bu şirkətlə fərdi qaydada çalışırdı. Bundan sonra isə bütün klublar birgə çalışacaqlar. Amma müəyyən güzəştlərlə. Onlarla iki illik əməkdaşlıq etmək barədə razılıq əldə etdik".
 

"Topaz" barədə: "Topaz" klublarla əməkdaşlıq etməyə hazırdır. Bizi onların PFL ilə əməkdaşlığı maraqlandırmır. Əgər bu qurum bizim titul sponsorumuzdursa, bizimlə işləməlidir".

Karlos Kardosonun diskvalifikasiyası barədə: "Hər bir klub belə aqibətlə üzləşə bilər. "Neftçi" etiraf edir ki, onlar İK-nın qərarına müdaxilə etməyiblər. AZAL da öz növbəsində deyir ki, Rəşad Abdullayevə 3 oyunluq cəza veriləndə, onlar üçün heç bir güzəştə gedilmədi. Biz bu məsələ ilə bağlı İK-ya müraciət edəcəyik. Qaydalar var, ona da uyğun hərəkət edilməlidir".

Bundan sonrakı görüşlərin yeri barədə: "Qərara gəldik ki, bundan sonra Klublar Komitəsinin üzvləri klubların bazasında görüşsün. İlk görüş yerimiz "Qarabağ"ın bazası olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.