15 aprel 2015 12:00
Klublar Komitəsinin iclasına kimlər qatılıb?
Xəbər verdiyimiz kimi, bu gün "Hilton" otelində Klublar Komitəsinin növbəti iclası keçirilir. Azerisport.az xəbər verir ki, saat 11:00-da start götürən tədbirə kimlərin qatıldığı da artıq məlumdur.
Bunlar komitəyə sədrlik edən "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov, "Neftçi"dən Elnur Məmmədov, "Bakı"dan Yaşar Seyidov, "Simurq"dan Kamran İsmayılov, "Sumqayıt"dan Kamran Quliyev, "Qarabağ"dan Asif Əsgərov, "İnter"dən Georgi Nikolov, "Qəbələ"dən Fariz Nəcəfov, AZAL-dan Fikrət Hüseynov, Peşəkar Futbol Liqasının idman direktoru Məlik Həsənov, eləcə də "InStat Football" şirkətinin direktoru İvan Krupenindir.
