15 aprel 2015 11:15

Böyükağa Hacıyev: Neftçi 7 futbolçu və baş məşqçidən ibarət deyil

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında mətbuata verdiyi son müsahibəsi barədə danışıb. Onun sözlərinə görə "Neftçi" cari mövsümün əvvəlində Naxçıvanda "Araz Naxçıvan"la oyunda bilərəkdən uduzmayıb, sadəcə, səfərə əsas heyət aparılmayıb:

"Etiraf edirəm ki, səfərə əsas heyət aparmamaqda əsas məqsəd Avropa Liqası idi. Unutmamısınızsa, həmin günlərdə bizi avrokuboklarda çətin oyun gözləyirdi. Biz avrokubokları düşünərək əsas 7 futbolçumuza istirahət verdik. Naxçıvana 7 futbolçu və mən yollanmadıq. Məgər "Neftçi" 7 futbolçu və baş məşqçidən ibarətdir? Belə deyil. Komanda səfərdə uduzdu. Çünki, rəqib meydana çıxan futbolçulardan daha yaxşı oynadı".

Hacıyev "Neftçi"nin "Araz Naxçıvan"a qarşı qəsdən uduzduğunu təkzib edərək, fikirlərini belə izah edib: "Qəsdən uduzmaq olmayıb. Sadəcə, əsas heyət səfərə getməyib. Yenə deyirəm, 15 il "Araz Naxçıvan"ın kapitanı olmuşam. İndi deyirsiniz köhnə komandama qarşı çıxmalıydım? Mən dünəni unudan insanlardan deyiləm. Naxçıvan təmsilçisinə qarşı çıxa bilmərəm, çıxmaram da. Elə oldu ki, "Neftçi" üçün daha vacib avrokubok matçı oldu. Ola bilər səfərdə uduzduğumuza görə bizi qınasınlar. Amma yada salın ki, həmin "Neftçi" Naxçıvan səfərindən sonra Gürcüstanda "Çixura"nı üstələdi. Bizə həmin an avrokubok matçı daha çox lazım idi".

Sabiq komandasının Azərbaycan Kubokundakı şanslarına toxunan Böyükağa Hacıyev "ağ-qaralar"ın finala çıxmaq şansının yüksək oldunu bildirdi: "Neftçi" ilk yarımfinal görüşündə yaxşı oynadı və iki qol vurdu. "İnter" üçün cavab görüşündə yenidən 2-3 qol vurmaq çətin olacaq. Bu mənada "Neftçi"ni finala daha yaxın hesab edirəm. Cari mövsümü mükafatla başa vurmaq komandanın özündən asılıdır. Kuboku qazanmaqları realdır, buna görə maksimum gücdən istifadə etmək gərəkdir".

Hacıyev Müşahidə Şurası tərəfindən Dmitri Kramarenkoyla Vəli Qasımovun yeni postlara təyin olunmasını müsbət qarşıladı: "Kramarenko həyatını "ağ-qaralar"a həsr edib. Onun qapıçılarla işləyən məşqçi təyin olunması düzgün qərardır. Vəli Qasımovun idman direktoru olmasına sevindim. Qasımov yaxşı futbolçularımızdan biridir. Güclü çempionatlarda çıxış edib. Onların təyinatı komandaya kömək edə bilər".

"Neftçi"də yeni təyinatlar reallaşdı. Mövsümün sonunda baş məşqçi Arif Əsədovla yollar ayrıla bilərmi? Bu suala Böyükağa Hacıyev cavab verməkdən imtina etdi: "İstəməzdim Əsədov komandadan getsin. Amma qərarları Müşahidə Şurası qəbul edir. Mən buna şərh verə bilmərəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.