14 aprel 2015 18:45
Rüdət Dadaşov oynamadı, komandası qol vura bilmədi
Almaniya regional liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Kayzerslautern Kaiserslautern II" ilə qarşılaşıb. Matç qolsuz başa çatıb. Dadaşov bu matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Saarbryuken" hazırda 60 xalla 2-ci pillədə qərarlaşıb.
