14 aprel 2015 18:30
Toğrul Erat üçün 90 dəqiqə
Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi doğma meydanda "Kayzerslautern"lə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Fortuna" hazırda 40 xalla 7-ci pillədə qərarlaşıb.
