14 aprel 2015 15:45

Neftçinin Müşahidə Şurası klubun loqotipini dəyişməyə qərar verdi

Xəbər verdiyimiz kimi, ötən gün "Bakcell Arena"da "Neftçi"nin Müşahidə Şurasının ilk iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

1. "Neftçi" PFK-nın yeni strukturu və iş sistemi təsdiq edilib. Müşahidə Şurasının növbəti iclasına kimi, klubun ştat cədvəlinin hazırlanaraq şuraya təqdim edilməsi qərara alınıb.

2. "Neftçi" PFK-nın yeni strukturunda idman direktoru vəzifəsinin təsis edilməsi və bu vəzifənin Vəli Qasımova həvalə edilməsi ilə bağlı qərar qəbul edilib.

(Vəli Qasımov futbolçu olduğu dönəmdə Azərbaycan milli komandası və "Neftçi" ilə yanaşı, İspaniya və Portuqaliyanın elit klublarında çıxış etmiş, "Real Betis" klubunun heyətində İspaniya çempionatının bürünc mükafatını qazanmışdır. Peşəkar karyerasını başa vurduqdan sonra əsas yığma komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirmiş Vəli Qasımovun beynəlxalq təcrübəyə malik olduğu nəzərə alınaraq, onun "Neftçi" PFK-nın idman direktoru vəzifəsində faydalı ola biləcəyi qənaətinə gəlinib)

3. "Neftçi" PFK-nın Futbol Akademiyası nəzdində "Sergey Kramarenko adına qapıçılar məktəbi"nin təsis edilməsi haqqında qərar qəbul edilib.

(Qapıçılar məktəbinə "Neftçi"nin əfsanəvi futbolçusu Sergey Kramarenkonun adının verilməsi təsadüfi deyil. "Neftçi" ilə SSRİ çempionatının bürünc medalarını qazanmış Sergey Kramarenko, yüksək dəstədə rekord sayda - 312 oyun keçirib. Karyerasının böyük hissəsini "Neftçi"nin heyətində keçirmiş qapıçı, nəinki Azərbaycanın, ümumilikdə Sovet futbolunun tanınmış simalarındandır. Layihənin icrasında əsas məqsəd uşaq və yeniyetmə istedadların üzə çıxarılması və onların peşəkar səviyyədə hazırlanmasıdır. Hazırda Azərbaycan milli komandasının və Almaniyanın "Ayntratxt" klubunun üzvü olan qapıçı Emil Balayev də məhz "Neftçi"nin yetirməsidir. Bununla yanaşı, "Neftçi"nin bir neçə üzvü mütəmadi olaraq müxtəlif yaş qrupu üzrə yığma komandalara cəlb olunur. Onlardan Kamran İbrahimovla Tural Osmanov U-17, Məhərrəm Əhmədovla Nail Alışov U-15 komandalarının üzvləridir. Məqsəd bu siyahının daha da genişlənməsi və ixtisaslaşmış qapıçı məktəbində yaradılacaq sağlam rəqabət mühitində yeni adların meydana çıxarılmasıdır)

4. İclasda "Neftçi" PFK-nın muzeyinin yaradılması haqqında qərar qəbul edilib. Muzey layihəsi ilə bağlı meydana çıxacaq maliyyə xərcləri Müşahidə Şurasının növbəti iclasında təqdim olunacaq.

5. "Neftçi" PFK-nın iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı qərar qəbul edilib.

6. "Neftçi" PFK-nın Müşahidə Şurasına təqdim olunmuş "Stadium tour" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib.

(Layihənin icrası azarkeşlərin komanda ilə daha yaxın təmasının yaradılması, onların məlumatlandırılması və stadionlara cəlb olunması baxımından əhəmiyyətli hesab edilib)

7. "Neftçi" PFK-nın rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında  geniş miqyaslı sorğunun təşkil olunmasına qərar verilib.

Qeyd edək ki, "Neftçi" PFK-nın rəsmi loqotipi indiyə kimi 4 dəfə yenilənib.

Müşahidə Şurasının növbəti iclasının vaxtı və məkanı barədə ictimaiyyətə məlumat veriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.