14 aprel 2015 15:15
Təxirə salınmış oyunda Zirə qələbə qazandı
Futbol üzrə Azərbaycan 1-ci divizionunun 21-ci turundan təxirə salınmış “Bakılı” – “Zirə” oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşmanın taleyini bir qol həll edib.
Minimal hesablı qələbə "Zirə"nin 3-cü pilləyə yüksəlməsinə şərait yaradıb.
1-ci divizion
21-ci turun oyunu
14 aprel
“Bakılı” - “Zirə” - 0:1
Qol: Murad Musayev, 65.
