14 aprel 2015 13:15
Xəzər Lənkəranın daha bir oyunçusuna 1 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında ölkə çempionatının 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Xəzər Lənkəran” - “Neftçi” matçının 62-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Əli Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Qəbələ” - "Simurq” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
