AFFA Xəzər Lənkəranın futbolçusunu cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Xəzər Lənkəran” - “Neftçi” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 33-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Alfred Sanko ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qəbələ” - “Simurq” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Sumqayıt” - “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
