14 aprel 2015 11:15

Muarem: Reynaldo Bakıda qol vura bilmədisə, Zaqatalada fərqlənər

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- "Simurq"la kubok oyunu barədə təəssüratlarınız necədir?
- "Simurq"la oyunlarımız həmişə maraqlı olub. Başa düşürdük ki, bizi çətin oyun gözləyir. Qələbə qazandığımıza görə şadam. Qarşıda bizi bu komanda ilə daha iki oyun gözləyir. Onlardan biri kubok, digəri çempionat görüşüdür. Yaxşı nəticə qazanmağa çalışacağıq.

- Süni qazonda oynamaq çətin deyildi?
- Buna diqqət yetirmək lazım deyil. Əsas odur ki, qələbə qazandıq.

- Sizinlə Leroy Corcun meydana çıxmasından sonra "Qarabağ" daha sürətli oynamağa başladı...
- Baş məşqçinin qərarı belə idi. Bizə də məhz sürət baxımından oyunu yaxşılaşdırmaq tapşırığı verilmişdi.

- Siz Reynaldoya yaxşı ötürmə etsəniz də, o fərqlənə bilmədi...
- Ciddi bir şey yoxdur. Zaqatalada vurar (gülür).

- Minimal hesablı qələbə cavab oyununda sizə kömək edəcək?
- Bizə qol buraxmadan qalib gəlmək vacib idi. Prinsipcə, qolsuz heç-heçə də pis nəticə deyildi. Qələbə qazandığımız isə daha sevindirici oldu. Amma hələ heç nə həll olunmayıb.

- Qarşıdakı bir həftə ərzində "Simurq"a qarşı daha iki oyun keçirmək bezdirici olmayacaq?
- Burada xüsusi bir şey yodur. Premyer Liqada hər komandaya qarşı dörd dəfə oynamalı oluruq. Əsas odur ki, kubok və çempionat oyunlarını bir-biri ilə səhv salmamaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.