14 aprel 2015 11:00
Kramarenko: Mənim üçün doğma olan Neftçiyə qayıtmağıma şadam
"Neftçi"nin qapıçılarla işləyən məşqçisi təyin olunan Dmitri Kramarenko bu təyinatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təyinatımdan "Neftçi" - "İnter" matçının fasiləsində xəbər tutdum. Hələ işə başlamamışam. "Neftçi"nin qapıçı məkbətinin nə yerdə olduğunu işə başladıqdan sonra görəcəyəm. Hələ nə vaxt fəaliyyətə başlayacağımı bilmirəm. Hər şey çox gözlənilməz alındı. Riqadan yenicə qayıtmışam. Orada UEFA-nın A kateqoriyalı lisenziya kursunda iştirak edirdim. Bütövlükdə, mənə doğma olan bir kluba qayıtdığıma görə şadam. Çünki bu komandada vaxtilə atam da çalışıb".
