14 aprel 2015 01:05
Rəşad Sadıqov: Hələ heç nə həll olunmayıb
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində "Simurq"a qarşı keçirdikləri ilk oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesablı qələbəni belə şərh edib:
"Ağır oyun oldu. Hələ heç nə həll olunmayıb. Qarşıda cavab oyunu da var. Ona görə də indidən nəsə demək çox çətindir. Bu gün hətta 3:0 hesabıyla da qalib gəlsəydik, finala çıxdığımızı demək olmazdı. Cavab oyununda hər şey ola bilər".
