14 aprel 2015 00:45
Çingiz Abdullayev kanalların futbola münasibətindən şikayətləndi
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev telekanalların futbola az diqqət göstərməsindən şikayətlənib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim kanallarda heç nə yerində deyil. Bizdə ancaq səhərdən axşama musiqi çalınır, oynayırlar, yoğun arvadlar bişirib-yeyirlər. Bir dəfə də olsun orda normal kitabın təbliğatını görməmişəm. Ancaq şou-biznesi, restoranları reklam edirlər. Mən şadlıq evlərinin əleyhinə deyiləm, qoy olsun. Amma istəyirəm ki, normal şeyləri də təbliğ etsinlər. Heç olmasa idmanı, futbolu reklam etsinlər. Bu vəziyyəti dəyişməliyik".
