14 aprel 2015 00:35
Elvin Məmmədov: Hakimin niyə penalti təyin etmədiyini anlaya bilmirəm
"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı ilk oyunda ona qarşı kobudluğa görə təyin olunmayan penaltidən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyunun əvvəlində cərimə meydanında mənə qarşı kobud oynadılar. Amma hakimin həmin epizodda niyə penalti təyin etdiyini anlamadım. Əgər həmin epizodda penalti təyin edilsəydi, hər şey tam fərqli olacaqdı".
