14 aprel 2015 00:25
Kamran Ağayev qol buraxdı, Kayserispor xal itirdi
Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Alanyaspor"la qarşılaşıb. Matç 1:1 hesabıyla bitib. Kamran sonadək meydanda olub.
Qeyd edək ki, "Kayserispor" hazırda 57 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
