14 aprel 2015 00:15

Kaue: Hakimin niyə penalti təyin etmədiyini ondan soruşun

"Neftçi"nin yarımmüdafiəçisi Kauenin azerisport.az saytına müsahibəsi

- Kubokun ilk oyunları çərçivəsində "İnter" üzərindəki ilk qələbənizlə bağlı nə deyə bilərsiniz?
- Yaxşı oynadıq. "Neftçi" səviyyəsində oyun sərgilədik. Vacib qələbə qazandıq. Artıq finalın bir addımlığındayıq. Evdə qol buraxmadan qələbə qazanmağa borclu idik. Biz də buna nail olduq.

- Demək olar ki, siz artıq finaldasınız. Çünki iki cavabsız qolun əvəzini çıxmaq çox çətin olur...
- Mən hələ də bu nəticənin təhlükəli olduğunu düşünürəm. Cavab oyununu gözləməliyik. Lənkəranda da biz 2 cavabsız qolla öndə idik. Amma sonda heç-heçə ilə barışmalı olduq. Halbuki, rəqib də azlıqda idi.

- Oyunun əvvəlində Elvin Məmmədova qarşı cərimə meydanındakı kobudluq penalti idi?
- Sual düzgün ünvanlanmayıb. Bunu hakimdən soruşsanız, daha yaxşı olar. Əgər hakim penalti təyin etməyibsə, deməli, yox idi.

- "Qarabağ" da "Simurq"a minimal hesabla qalib gəldi. Finalda bu komanda ilə qarşılaşmaq istərdiniz?
- Biz hələ finala çıxmamışıq ki, həlledici oyunakı rəqibimizi seçək. Əgər finala çıxsaq, kiminlə oynamağımızın fərqi yoxdur. Fikrimcə, bizim qalib gələ bilməyəcəyimiz komanda yoxdur.

- Qarşıda sizi "Qəbələ" ilə vacib oyun gözləyir. Bərpa üçün dörd gün bəs edəcək?
- Aprel ayı bu baxımdan bizim üçün çox vacibdir. Bütün oyunlara hazır olmalıyıq. İkinci hissədə meydana çıxan futbolçularımızın uğurlu çıxış etməsi sevindirməyə bilməz. Deməli, ehtiyat qüvvəmiz var. Fikrimcə, "Qəbələ"yə qarşı da uğurlu çıxış edə biləcəyik.

- Mövsümün sonunda komandanı tərk edəcəyiniz doğrudur?
- (gülür). Elə şey yoxdur. Mənim "Neftçi" ilə müqaviləm var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.