13 aprel 2015 21:20
Bəhram Bağırzadə: Neftçi avrokuboklara vəsiqə qazansa, azarkeş sayı artacaq
"Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı ilk oyunda azarkeş azlığına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən bunu hava ilə əlaqələndirərdim. Biz Müşahidə Şurasının bu gün baş tutan iclasında oyunların həftənin sonunda keçirilməsini müzakirə etdik. Həm də bura gəlmək çətindir. Əgər biz avrokuboklara vəsiqə qazansaq, insanların stadiona gəlişində də artım olacaq. Azarkeşləri stadiona cəlb etmək yönündə fəaliyyətimizi davam etdiririk".
