13 aprel 2015 21:10

Çingiz Abdullayev: Vəli Qasımovla Dmitri Kramarenko Neftçidə çalışacaq

Bu gün "Neftçi"nin Müşahidə Şurasının ilk iclası təşkil olunub. Azerisport.az xəbər verir ki, "Bakcell Arena"da baş tutan iclasdan sonra media nümayəndələri üçün brifinq keçirilib.

Müşahidə Şurasının sədri Çingiz Abdullayev fikirlərini bölüşüb: "Klubdakı strukturu dəyişməyə mövsüm başa çatdıqdan sonra start verəcəyik. Artıq iki yeni mütəxəssisi işə dəvət etmişik. Dmitri Kramarenko bundan sonra qapıçılarımızla çalışacaq. Vəli Qasımov isə idman direktoru təyin olunacaq. Onlar mənim dostum və ya qohumum deyillər. Sadəcə, peşəkar insanlardır. Vəli ispan və portuqal dillərini də bilir. Fikrimcə, onun bizə xeyri dəyəcək. Hələ "Neftçi"ni kimlərin tərk edəcəyini isə indidən deyə bilmərəm. Hər şeyə mövsümün sonunda qərar verəcəyik. İndi oyunlarımız davam edir və bu barədə nəsə deməyimiz düzgün olmaz".

Abdullayevin sözlərinə görə, komandasının kuboku qazanmasını çox istəyir: "Mən buna inanıram. Məni komandanın kuboka sahib çıxması və avrokuboklara çıxması qane edəcək. "Neftçi" bir əfsanədir və komanda bu ada uyğun futbol sərgiləməlidir. Bu markanı qoruyub saxlamağımız lazımdır".

MŞ sədri klubun bazasının vəziyyətinə də toxunub: "Baza bizi qane etmir. Düzdür, böhran var, amma bizim yaxşı bazamız olmalıdır. "Xəzər Lənkəran"ın bazasını tərifləmək istərdim. Ora mənim çox xoşuma gəldi. "Neftçi"nin də yaxşı şəraiti olmalıdır. Avropa səviyyəli klub formalaşdırmaq istəyirik. Bunun üçün də yola çıxmalıyıq. Avropada öz sözünü deyə biləcək klubumuz olmalıdır".

Abdullayev klubun muzeyinin yaradılması ideyasından da danışıb: "Biz bu məsələni də müzakirə etmişik. Muzey "Bakcell Arena"da yaradılacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.