13 aprel 2015 18:15
Təxirə salınmış oyun üçün təyinatlar açıqlandı
Futbol üzrə Azərbaycan 1-ci divizionunun 21-ci turundan təxirə salınmış “Bakılı” - “Zirə” oyunu üçün bütün təyinatlar açıqlanıb. Azerisport.az sizi həmin təyinatlarla tanış edir.
1-ci divizion
21-ci turun oyunu
14 aprel (çərşənbə axşamı)
“Bakılı” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Coşqun Həsənov, Knyaz Əmiraslanov, Yusif Hüseynov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. “İnter Arena”, 4-cü meydança, 12:00.
